Paşinyan Baqrat Srbazan Qalstanyanla görüşə hazır olduğunu bəyan edib.
NOCOMMENT.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanla görüşə hazır olub-olmaması ilə bağlı suala aydınlıq gətirərkən deyib.
O əmin edir ki, görüşlərə açıqdır.
“Vətəndaşlarla və müxtəlif insanlarla görüşlər keçirirəm, mənimlə görüş prosedurları var, mənimlə görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu pulsuz edə bilərlər”, – Paşinyan bildirib.