Pentaqon Qərb müəllifləri tərəfindən Rusiyanın hərbi strategiyasına dair kitabların alınması üçün tender elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti ABŞ-ın dövlət satınalmaları saytına istinadən məlumat yayıb.
Saytdakı məlumatdan belə çıxır ki, satınalma ABŞ Hərbi Hava Qüvvələrinin maraqlarına uyğun olaraq təlim keçmək üçün həyata keçiriləcək. Kitabxanaların Endryu Morqanın “Rusiyanın supergüclərin rəqabəti dövründə böyük strategiyası” kitabları, həmçinin London Kral Kollecinin müəllimi Ofer Fridmanın “Strategiya: Rusiya hərbi strategiyasının əsası” və başqa bir ingilis müəllifi Sameul Ramaninin Ukrayna münaqişəsi ilə bağlı əsərləri ilə doldurmağı planlaşdırdıqları bildirilir.
Hər nəşr üçün müqavilənin qiyməti 600 dollardır, onun icrasını iyunun ortalarına qədər başa çatdırmaq lazımdır.