İsrail ordusu İordan çayının sahilində terrorçuluqda şübhəli bilinən şəxslərin tutulması üçün reydlər keçirirbackend

İsrail ordusu İordan çayının sahilində terrorçuluqda şübhəli bilinən şəxslərin tutulması üçün reydlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri terrorda şübhəli bilinənləri saxlamaq üçün gecə saatlarından İordan çayının qərb sahilində məskunlaşan ərazilərdə reydlər keçirir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Walla xəbər portalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Cenində əməliyyata başlayıb, həmin ərazidə partlayış səsi eşidilib və atışma başlayıb. Eyni zamanda, ordu iki israilli zabitin ölümü ilə nəticələnən terror aktı törətdiyinə görə axtarışda olan şəxsi həbs etmək üçün Nablus şəhərinə hərəkət edir. Şəhərə giriş və çıxışlar bağlanıb. Hərbçilər ötən həftə yük maşını sürərkən hərbçilərin olduğu avtomobilə hücum edən terrorçunu axtarır.

Portalın məlumatına görə, ötən gecə İsrail ordusunun keçirdiyi əməliyyat zamanı Yerixoda iki terrorçunun Molotov kokteyli atdığı aşkarlanıb. Hər iki terrorçu məhv edilib.