İranda prezident seçkisinə namizədlərin qeydiyyatının son günüdür. Rəsmi qeydiyyatdan keçən namizədlərin sayı 37-yə çatıb. Onlardan 15-i qadın, 22-si kişidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
Bildirib ki, onları Daxili İşlər Nazirliyi və Nəzarət Şurası araşdırdıqdan sonra prezidentliyə namizəd olaraq qeydə alacaq. Namizədlərin adları iyunun 12-də açıqlanacaq. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar 14-cü prezident seçkisi keçiriləcək.
Qeyd edək ki, mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub. Ölkə Konstitusiyasına uyğun olaraq belə hallarda prezident seçkisi 50 gün ərzində keçirilməlidir.