“Birləşmiş Ştatlar İranda pilotsuz uçuş aparatları hazırladığına görə hüquqi və bir fiziki şəxsə sanksiya tətbiq etməkdə Avropa İttifaqına qoşulub”.
NOCOMMENT.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib. Bildirib ki, məhdudlaşdırıcı tədbirlərə əvvəllər Amerikanın qara siyahısına daxil edilən “Rayan Roshd Afzar” şirkəti ilə əlaqəli dörd struktur, eləcə də İran Aviasiya Sənaye Təşkilatının rəhbərliyinin nümayəndəsi daxildir.
Mətbuat katibinin sözlərinə görə, söhbət Avropa İttifaqının “İranın Yaxın Şərqdə sabitliyi pozan davranışına və terroru dəstəkləməsinə görə sanksiyalar tətbiq etmək üçün yeni səlahiyyətlərin” ilk istifadəsindən gedir.
Qeyd edək ki, ABŞ İranı Yaxın Şərqdə terrorizmi dəstəkləməkdə ittiham edir. Tehran Vaşinqtonun bu cür ittihamlarını rədd edir.