Bir neçə gün öncə erməni sosial şəbəkə istifadəçiləri Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanda noyabrın 11-22-də keçiriləcək COP29 konfransına dəvət edildiyi haqda məlumat yaymışdı.
NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, bu gün erməni mediası Paşinyanın mümkün səfəri haqda informasiya tirajlayıb və azərbaycanlı fəala istinad edib.
Sorğumuza cavab olaraq Azərbaycan XİN-dən bildirilib ki, onlarda bu haqda heç bir məlumat yoxdur.