Vətəndaş öldükdən sonra pensiyaların vərəsəlik məsələsi gündəmdədir. İnsanlar vərəsəlik yolu ilə əldə olunacaq pensiya məbləğlərinin necə almaları haqda maraqlıdırlar.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı referans.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirir ki, yığım kapitalı fərdi yığılır. Amma, xərclənəndə hərməylik sxemi üzrə xərclənir:
“Məsələn, bir şəxs uzun yaşayır, 12 il ərzində yığdığı kapitalı sərf edib qurtarır. Həmin adam 20 il də yaşayırsa, onun pensiyası kəsilmir, ödənilməkdə davam edir. Bu insanların verdiyi puldan götürülür”.
Müsahib qeyd edir ki, pensiyanın vərəsəlik hüququ ilə keçməsi 2 halda baş tutur” “Ər və ya arvadın pensiyası aşağı olanda, biri vəfat edən zaman digəri onun pensiyasını götürə bilir. Amma, özününkündən imtina etməlidir. Yalnız birini seçmək hüququ vardır. Əgər özününkü azdırsa, vəfat edən ərininkin (arvad) ala bilər. Bir də ailə başçısını itirdikdə bu mümkün olur. Ailədə həddi -buluğa çatmamış, 23 yaşınqdək təhsilini davam etdirən uşaqlar varsa, ailə başçınısı itirməyə förə əmək pensiyası verilməkdə davam edir. Amma, məsələn hansısa kişi öldü, 180 min pul yığmışdı, gedib götürüb ev alıram və s. belə şey yoxdur. Çünki bizdə həmrəylik sxemi tətbiq olunur və dünyanın bir çox ölkələrində də məhz belədir. Alternativ pensiya fondları olur,ora yığilan məbləğ müddət vərəsəliyindən keçməlidir. Amma, dövlətin pensiya məsələsində bu yoxdur”.