Vəkil Elçin Sadıqovu hədələyənin cəzası artırıldıbackend

Vəkil Elçin Sadıqovu hədələyənin cəzası artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən Arif Tağıyevin inzibati həbs müddəti artırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Sadıqovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, Binəqədi Rayon Məhkəməsinin 5 sutka həbs qərarından narazı qalıblar.

Həbs edilən Arif Tağıyev də qərardan apellyasiya şikayəti verib.

Tağıyevin vəkili Orxan Cəfərbəyli birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, qarşı tərəf isə ağırlaşdırılmasını tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov Elçin Sadıqovun şikayətini əsaslı hesab edib. Qərara əsasən, inzibati tənbeh tətbiq edilmiş şəxsin cəzası 5 gündən 8 günə qaldırılıb. Qarşı tərəfin şikayəti isə rədd edilib.