“Yeni təhdidlər yeni cavablar tələb edir”.
NOCOMMENT.az “İLNA”ya istinadla xəbər verir ki, bu barədə İran Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kyumərs Heydəri açıqlama verib.
O bölgədə və dünyada baş verən son proseslərə toxunub:
“Yeni təhdidlər yeni cavablar tələb edir. Bu səbəbdən İran Ordusunun Quru Qoşunları daxili gücə arxalanaraq, dövlət quruluşuna və ölkənin ərazi bütövlüyünə qarşı təhdidlərə layiqli və hərtərəfli cavab vermək üçün davamlı səylər göstərib”.