“Biz iqtisadi və kommersiya əlaqələri axtarırıq, hələ də xüsusilə yüksək texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyə çalışırıq”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin IRNA-nın baş direktoru Əli Naderinin sualını cavablandırarkən deyib. O bildirib ki, prezident Rəisi ilə çox yaxşı münasibətlərimiz var idi:
“O, etibarlı tərəfdaş və çox ciddi siyasətçi və eyni zamanda özünəməxsus yumor hissi olan bir insan idi”.
“Biz hələ də cənab Rəisi dövründə əldə olunmuş razılaşmaları genişləndirməyə çalışırıq və düzgün yoldayıq və əlaqələrimiz inkişaf edir. Cənab Rəisinin bu məsələdə çox böyük rolu olub”, – deyə Putin qeyd edib.
Rusiya prezidenti son olaraq rəisinin dövründə Tehranla Moskva arasında əldə edilmiş nailiyyətlərin bundan sonra da qorunub saxlanılacağını deyib.