“Abzas media” işində iki nəfərlə bağlı QƏRAR VERİLDİbackend

“Abzas media” işində iki nəfərlə bağlı QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.