Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs olunub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.
Məhkəmənin qərarı ilə Kənan Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.
***
00.36
Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.