Gürcüstanın baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Berlində Ukraynanın bərpasına dair konfransda iştirak edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın yenidən qurulması üzrə konfransda iştirak edəcək”, – məlumatda deyilir.
Tədbirin əsas məqsədinin dünya ictimaiyyətini “Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi” üçün səfərbər etmək olduğu vurğulanır.