Rusiya Türkiyənin Qara dənizdə gəmiçiliklə bağlı təşəbbüslərini nəzərdən keçirirbackend

Rusiya Türkiyənin Qara dənizdə gəmiçiliklə bağlı təşəbbüslərini nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Türkiyənin Qara dənizdə gəmiçiliklə bağlı bütün təşəbbüslərini nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.

“Biz Türkiyə Respublikasının bu yolda bütün təşəbbüslərini diqqətlə və böyük hörmətlə nəzərdən keçiririk və sizinlə əlaqə saxlayacağıq”, – deyə dövlət başçısı bildirib.

Bundan əvvəl “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə iki aydır Ukrayna və Rusiya Federasiyası ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair saziş üzrə danışıqlar aparır, lakin Ukrayna tərəfi bundan imtina edib.