Avropa İttifaqının Ədalət Məhkəməsi Macarıstanı mühacirlərin qəbulu ilə bağlı Aİ qaydalarına sistematik şəkildə əməl etmədiyinə görə 200 milyon avro cərimələyib və ona gündəlik 1 milyon avro ödəməyə qərar verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məhkəmə Budapeşt tərəfindən pozuntuları “görünməmiş və çox ciddi” adlandırıb.