“Qarabağ Azərbaycanın bir hissəsidir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözlərlə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdən xalqına səslənib.
O, hakimiyyətə maraqlı qüvvələrin indiyədək bu istiqamətdə xalqı çaşdırdığını deyib:
“Qarabağ Azərbaycanın bir hissəsidir. Lakin Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı erməni reallığında səhv başa düşülürdü. Çünki 1996-cı ildə erməni ictimaiyyətinin Lissabon sənədinə çıxışı mövcud deyildi, həmin vaxt internet də yox idi. İrəvanın klerikal-feodal elitası yalnız hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını Qarabağla bağlı aldadıb və çaşdırıb. Qarabağla bağlı bütün həqiqət məhz budur”.