Zelenski İsveçrəyə gedibbackend

Zelenski İsveçrəyə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski özünün “sülh formulu” ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

“Qlobal Sülh Sammiti üçün İsveçrəyə gəldim. Qarşıda bütün dünya ölkələri ilə, müxtəlif xalqlarla, lakin onları ümumi məqsədlə birləşdirən – Ukrayna üçün ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün fəal iş üçün iki gün var. Sammitdə 100-ə yaxın ölkə və beynəlxalq təşkilat iştirak edəcək”, – deyə Ukrayna lideri bildirib.