İran Ermənistanla sərhəddə yol tikintisinə davam edir.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanda Şimal-Cənub nəqliyyat dəhlizinin keçdiyi İranla sərhəddə Kacaran-Aqarak magistralının 32 kilometrlik hissəsinin qurulması işləri davam edir.
Məlumata görə, bu istiqamətdə tunelin qazılmasına başlamaq üçün partlayış işi aparılır.
Qeyd olunub ki, bu hissə İran şirkətləri tərəfindən tikilir.