Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlarbackend

Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsinə 50 milyon dollardan çox vəsait xərclənəcək.

NOCOMMENT.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.

O qeyd edib ki, layihəni Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları birgə həyata keçirəcəklər.

Məlumat üçün əlavə edək ki, Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir.