İranda yenidən zəlzələ olubbackend

İranda yenidən zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yenidən zəlzələ baş verib.

NOCOMMENT.az “İRNA”ya istinadən xəbər verir ki, bu gün Sistan və Bəlucistan əyalətinin Nüsrətabad şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, 02:55 radələrində meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Sözügedən əyalətin Qızıl Aypara Cəmiyyətinin sədri Seyid Məhəmməd Mehdi Səccadi bildirib ki, zəlzələ nəticəsində heç bir insan itkisi olmayıb.