ABŞ-nin Kiyevə verəcəyi F-16 qırıcıları ölkə ərazisində yerləşdiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Plan ondan ibarətdir ki, F-16-lar Ukraynada yerləşdiriləcək. Prezident Bayden ilə Prezident Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır. Biz Ukraynaya bu imkanları əldə etməkdə kömək olmaq istəyirik. Bu vasitələr Ukraynada yerləşdirilməlidir”, – deyə Sallivan bildiirb.