Bu gün Füzuli-Ağdam yolunda hərəkət edən “VAZ” markalı avtomobil yol kənarında dayanan traktora çırpılıb.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan apa-ya verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.
Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.
Araşdırma aparılır.