Rusiyanı məğlub etməyə qadirik  – Zelenskibackend

Rusiyanı məğlub etməyə qadirik – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanı məğlub etməyə qadirik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, Rumıniyaya Ukraynaya bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək qərarına görə təşəkkür edib:

““Patriot” sistemini Ukraynaya vermək qərarına görə Rumıniyaya təşəkkür edirəm. Bu, həqiqətən də güclü addımdır. Nəticədə regionumuzda bütün qonşularımız, Moldova, Baltikyanı ölkələr, Rumıniya üçün daha böyük təhlükəsizlik olacaq”.

Əlavə edib ki, bu sistemlərin Ukraynaya tədarükü həm də bir çox Avropa ölkələrinin təhlükəsizliyi deməkdir:

“İndi biz Rusiyanın imperiya ambisiyalarını məğlub etməyə qadirik. Bu, bütün Avropamıza sülh və inam gətirəcək. İndi daha bir neçə “Patriot”un çatdırılmasını təmin etmək üçün işləyirik”.