Ukrayna prezidenti Vladimir Zelenski ölkədə elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə azalmasından narahatlığını bildirib və alternativ enerji mənbələrinə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yayımladığı videomüraciətində məlumat verib.
Zelenski Ukraynada alternativ enerji mənbələrinə, xüsusilə günəş enerjisinə keçidin zəruriliyini qeyd edib. O, hökumətə günəş generatorlarının və enerji saxlama sistemlərinin quraşdırılmasını təşviq etmək üçün proqram hazırlamağı tapşırdığını deyib.
Prezident həmçinin aydın şəkildə müəyyən edilmiş vaxt çərçivəsi ilə bütün enerji mühafizəsi strukturlarının tamamlanması üçün aydın planın hazırlanmasına çağırıb. O, icranın bütün səviyyələrində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.