ABŞ Quama bombardmançı təyyarə göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Pentaqonun Hind-Sakit Okean Komandanlığına istinadən məlumat yayıb.
“B-1B bombardmançı təyyarəsi adi missiyaları dəstəkləmək üçün gəlib”, – komandanlığın bəyanatında deyilir.
Rockwell B-1 “Lancer” dəyişən qanadı olan səsdən sürətli strateji bombardmançıdır. O, 1970-80-ci illərdə Rockwell International tərəfindən hazırlanmışdır. 27 iyul 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir. O, B-52-ni əvəz etmək üçün nüvə silahı daşıyıcısı kimi yaradılıb, lakin 1990-cı illərin əvvəllərində B-1 təyyarələrinin onları adi silahlarla təchiz etmək üçün konvertasiyasına başlanılıb.