Amerikanın “Dwight Eisenhower” təyyarədaşıyan gəmisi Qırmızı dənizi tərk edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat yayıb.
“Dwight Eisenhower” aviadaşıyıcı zərbə qrupu bu gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasını tərk edib”, – məlumatda deyilir.
Patrik Rayderin sözlərinə görə, təlimdən sonra “Teodor Ruzvelt” zərbə qrupu əvəzedici olaraq əraziyə cəlb ediləcə.