İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirib.
Qətlə yetirilən polis əməkdaşlarının kimliyi açıqlanıb.
Daxili İşlər Nazirliyi həlak olan polis əməkdaşlarının kimliyini və fotolarını açıqlayıb.
Məlumata görə, həlak olanlar, polis serjantları – Mahir Ağayev, Mirəli Heydərov və polis kapitanı Eldəniz Məmmədovdur.
NOCOMMENT.az qətlə yetirilən polis əməkdaşlarının fotosunu təqdim edir.