Dağıstanda baş verən terror aktları nəticəsində 20 nəfər həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.
Daha 44 nəfərin yaralandığı qeyd olunur. Üç gün matəm elan edilib.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk rayonun başçısı Maqomed Ömərovun iki oğlu – Osman və Adil Ömərov da olub.
Hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib. Artıq Serqokalinsk rayonunun rəhbəri saxlanılıb. Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.