Nigerin cənub-qərbində yaraqlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub, daha 9 nəfər yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Tillaberi regionunda Tera departamentində baş verib.
Silahlı terror qruplaşmasının törətdiyi hücumun qurbanları 20 hərbçi və 1 mülki şəxsdir. Hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.