Bakıda gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb – YENİLƏNİB – 1backend

Bakıda gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb – YENİLƏNİB – 1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəxsin odlu silahla qəsdən öldürülməsi faktına görə cinayət işi başlanıb

İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğunun məlumat yayıb.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

***
22:06

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən apa-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

 

***
21:46

Bakıda güllələnmə hadisəsi baş verib.

NOCOMMENT.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.