Qlobal hərbi xərclər 1990-cı ildən bəri ən yüksək həddə çatıbbackend

Qlobal hərbi xərclər 1990-cı ildən bəri ən yüksək həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə qlobal hərbi xərclər 1990-cı ildən bəri ən yüksək həddə çatıb və adambaşına orta hesabla 300 dollardan çox olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən məlumat yayıb.

2022-ci illə müqayisədə hərbi xərclərin qlobal ÜDM-də payı 2,2%-dən 2,3%-ə yüksəlib. Adambaşına hesabladıqda isə 306 dollar təşkil edib.

Öz imkanlarına nisbətən ən böyük hərbi yük Yaxın Şərq (ÜDM-in 4,2%-i) və Avropa (ÜDM-in 2,8%-i) dövlətlərinin üzərinə düşür. Onları Afrika (1,9%), Asiya və Okeaniya (1,7%), Şimali və Cənubi Amerika (1,2%) ölkələri izləyir.

Pul ifadəsində hərbi xərclər 2,443 trilyon dollara çatıb. Artım tendensiyası artıq doqquzuncu ildir ki, müşahidə olunur.