Kosovo-Serbiya münasibətləri – Borreldən AÇIQLAMAbackend

Kosovo-Serbiya münasibətləri – Borreldən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belqrad və Priştina arasında razılaşmanın həyata keçirilməsində heç bir irəliləyiş əldə olunmayıb”.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrel belə deyib.

Serbiya prezidenti Aleksandar Vuçiç və Kosovonun baş naziri Albin Kurti ilə görüşlərdən sonra danışan Borrell bildirib ki, Avropa İttifaqı Kosovo və Serbiya arasında münasibətlərin normallaşması üçün bütün səylərini və imkanlarını davam etdirəcək:

“Müzakirə gözlənildiyi kimi, çətin keçdi və sonda üçtərəfli görüş olmadı. Kosovo buna hazır deyildi. Serbiya bunu etməyə hazır idi, amma dialoqu davam etdirmək üçün Kosova da iştirak etməli idi. Bu gün bu mümkün olmadı, təəssüf ki, sazişin icrasında heç bir irəliləyiş əldə edə bilmədik”.