Son dövrdə Azərbaycanda boşanmaların sayının artması müşahidə olunur. Bir çoxları bunu qloballaşma prosesi çərçivəsində normal artım adlandırsa da gedişat ailə institutlarının məhv olmasına gətirib çıxarır. Problemin kökündə dayanan səbəblərdən biri kimi sosial şəbəkələr və get-gedə bərbadlaşan efirlərimiz də yer alır.
Bəs, həqiqətən də boşanmaların əsas səbəbi sosial şəbəkələr və efirlərdəki əxlaqsızlıqla bağlıdır?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Xalq artisti Rasim Balayev Demokrat.az-a açıqlamasında bildirib ki, əgər boşanmaların səbəblərindən biri sosial şəbəkə və televiziyalardırsa, bunu ciddi bir problem kimi görüb həll etmək lazımdır:
“Gedişata baxıram və inanın ki, siz nə bilirsinizsə, mən də onu bilirəm. Problemin bir çox səbəbi var. Ailə boş yerə dağılmır. Bir səbəbi sosial şəbəkələr və bayağılaşan televiziyalardırsa, digər səbəbləri isə müxtəlifdir. Ailə problemləri televiziyalarda biabırçı şəkildə həll olunur. Bu da ailə modelini zədələyir”.