Kuba üsyançı qüvvələrin Boliviya paytaxtının mərkəzindəki meydandan çıxarılmasını alqışlayır.
NOCOMMENT.az xəbər verir ki, bunu Kuba prezidenti Miqel Dias-Kanel Bermudes deyib.
Prezidentin sözlərinə görə, Havana putçist qoşunlarının La Pazdakı Murillo meydanından çıxarılmasını alqışlayır. Diaz-Kanel vurğulayıb ki, Boliviyada növbəti hərbi çevriliş Latın Amerikasında sülh zonası üçün biabırçılıq olacaq. O, Boliviya prezidenti Luis Arsenin qanuni hökumətini tam dəstəklədiyini bildirib.