MDB ölkələrinin müdafiə nazirlərinin Minskdə iclası keçiriləcək. İclasda 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanacaq.
NOCOMMENT.az BBC-ə istinadən xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
“MDB ölkələrinin Müdafiə Nazirliklərinin birgə işinin məzmununda ən mühüm məsələ, şübhəsiz ki, MDB iştirakçısı olan dövlətlərin 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası layihəsinin hazırlanması olacaq. Bu, ortamüddətli perspektivdə ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün aydın prioritetləri və yeni təlimatları əks etdirməlidir”, – o, MDB Müdafiə Nazirləri Şurasının iclası başlamazdan əvvəl bildirib.