Ermənistan Rusiya Federasiyasındakı səfirini dəyişməyi planlaşdırır.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Qeyd edək ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri Vaqarşak Arutyunyandır. 1999-2000-ci illərdə və 2020-ci ilin 20 noyabr tarixindən 2021-ci ilin 20 iyul tarixinə qədər Ermənistanın müdafiə naziri olan Arutyunyan Rusiyanın adamı hesab olunur.