Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.
NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib.
Kərəm Mustafayev Manset.az-a açıqlamasında məlumatı təsdiq edib.
Bildirək ki, bu məsələ ilə bağlı qarşıda bir sıra dəyişikliklər gözlənilir. Portalımız Dövlətin qanunla qorunan mənafelərini nəzərə alaraq bu barədə məlumat vermir.