Belarus İranla azad ticarət sazişini ratifikasiya edibbackend

Belarus İranla azad ticarət sazişini ratifikasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus İranın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişini ratifikasiya edib.

NOCOMMENT.az xəbər verir ki, sənəd ölkənin Milli Hüquq İnternet Portalında dərc olunub.

Nəşr qeyd edir ki, Belarus tərəfi rüsumları aradan qaldırmaqla ixracatçılara öz məhsullarının İran bazarına tədarükünü artırmaq imkanı verməyə ümid edir. Sazişin ratifikasiyası Belarus və İran arasında ticarət dövriyyəsinin sabit artımı fonunda baş verib: 2022-ci ildə Belarus və İran arasında ticarət dövriyyəsi təxminən 100 milyon dollar təşkil edib, 2023-cü ildə isə bu rəqəm daha 40% artıb.

Aİİ və İran arasında saziş 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanıb.