12 mərtəbəli binada yanğın olubbackend

12 mərtəbəli binada yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 4 otaqlı mənzil yanıb, xəsarət alan yoxdur.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, yanğın Nərimanov rayonu, Aşıq Alı küçəsində qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində on iki mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180kv.m. olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.