Fidel Kastronun ilk həyat yoldaşı vəfat edibbackend

Fidel Kastronun ilk həyat yoldaşı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanın sabiq lideri Fidel Kastronun ilk həyat yoldaşı Mirta Dias-Ballart 95 yaşında vəfat edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə onun nəvəsi Fidel Antonio Kastro Smirnov “X” hesabında paylaşım edib.

Qeyd edək ki, Dias-Ballart 1948-ci ildə Fidel Kastro ilə ailə qurub, 1 il sonra oğulları Fidel dünyaya gəlib. 1955-ci ildə Kubada növbəti uğursuz inqilab cəhdindən sonra cütlüyün yolları ayrılıb. Daha sonra Dias-Ballart İspaniyaya köçüb və ömrünün sonuna qədər bu ölkədə yaşayıb.