Bu ilin əvvəlinə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 43,5 faiz artaraq 3,1 milyard dollara çatıb.
NOCOMMENT.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao Bakıda keçirilən “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda deyib.
O bildirib ki, ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla inkişaf edir.