Bu gün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə qurumun Ermənistandakı missiyasından məlumat verilib.
Bildirilib ki, iyulun 11-dək davam edəcək səfər çərçivəsində sözügedən qurumun bu ölkəyə humanitar, psixo-sosial, eləcə də islahatların təşviqinə dəstəyi müzakirə olunacaq.