Olland yeni hökumətin başçısı postuna namizəd olmayacağını açıqlayıbbackend

Olland yeni hökumətin başçısı postuna namizəd olmayacağını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş prezident Fransua Olland gələcək hökumətin başçısı postuna iddialı olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hökumətdə olmaq üçün hələ də ona rəhbərlik etməyə namizəd olmalısan, mən deyiləm”, – deyə o vurğulayıb.

Olland qeyd edib ki, parlamentin aşağı palatasında mütləq çoxluq olmadığı halda əsas amil namizədin şəxsiyyəti deyil, Milli Assambleyanın oynamaq istədiyi siyasi rol olacaq. Keçmiş prezident Fransa hakimiyyətinin “institusional yenilik” gözləyə biləcəyini proqnozlaşdırıb.