Stoltenberq Çini Rusiyanın Ukraynadakı hərəkətlərinin “əsas təşkilatçısı” adlandırıbbackend

Stoltenberq Çini Rusiyanın Ukraynadakı hərəkətlərinin “əsas təşkilatçısı” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində ABŞ və NATO-nun məğlub olmasını istəyirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq CBS News-a müsahibəsində deyib.

Onun fikrincə, bu münaqişə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduğunu nümayiş etdirir. Üstəlik, Stoltenberq Pekini Moskvanın Ukraynadakı aksiyalarının əsas təşkilatçısı hesab edir.

“Si Cinpin və Vladimir Putin, hamısı NATO və ABŞ-ın Ukraynada iflasa uğramasını istəyir və əgər Putin Ukraynada qalib gəlsə, bu, təkcə prezident Putini deyil, həm də Yaponiyanın baş naziri Fumio Kişidanın dediyi kimi, prezident Si-ni də cəsarətləndirəcək. Bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər”, – deyə alyansın baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, bütün bunlar NATO-nun Çin ilə bağlı problemlərin həllində ABŞ üçün də vacib olduğunu göstərir.