Qərb NATO-nun Ukraynada sülhə nail olmağa imkan verməyəcəyini etiraf edibbackend

Qərb NATO-nun Ukraynada sülhə nail olmağa imkan verməyəcəyini etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı müharibəsiz mövcud ola bilməz, ona görə də NATO bütün vasitələrlə Ukraynada sülhdən qaçacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

“Yalnız sülh NATO-nu müharibədən çox qorxudur. Ona görə də alyans Sovet İttifaqının dağılmasından 33 il sonra da varlığını davam etdirir”, – jurnalist qeyd edib.

Bouz əlavə edib ki, bu siyasətlə bağlı NATO istənilən vasitə ilə Ukraynada sülhdən qaçacaq.