Sahibkarların Qoşqar Təhməzli MANEƏSİ – VİDEOFAKTbackend

Sahibkarların Qoşqar Təhməzli MANEƏSİ – VİDEOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə qarşı (AQTA) şikayətlər səngimək bilmir.

NOCOMMENT.az xəbər verir ki, AQTA-nın bu dəfəki hədəfi ölkəyə Bioloji aktivliyə malik qida əlavələri idxal edən sahibkarlardır. Belə ki, sözügedən qurum ölkəyə gətirilən qida əlavələrinə lisenziya verməyərək, sahibkarların fəaliyyətinə ciddi maneə törədir və onların külli məbləğlərdə ziyana getməsinə səbəb olur.

Bununla bağlı bir qrup sahibkar qurumun rəhbərliyinə öz etirazlarını bildirmək üçün AQTA-nın qarşısına toplaşıblar. Saytımıza açıqlama verən “Makromed” Əczaçılıq və Tibbi Konsaltinq şirkətinin rəhbəri Anar Lətifov AQTA tərəfindən süni maneələrlə qarşılaşdıqlarını bildirib: “Biz sahibkarlar ölkəyə uzun illərdir ki, qida əlavələri gətiririk. Ancaq AQTA-nın yeni qaydaları bizə süni maneələr yaratmaqda bu faəliyyətimizdə çətinlik yaradır. Təxmini 12 adda tələb var ki, sahibkarların bu tələbləri qarşılamağı qeyri-mümkündür.

Sahibkarların AQTA-dan şikayəti
Sahibkarların AQTA-dan şikayəti

Tələblərdən biri “Free Sale” sertifikatı tələb edilməsidir. “Free Sale” sertifikatı almaq üçün, gərək qida əlavəsinin həmin ölkədə bir ilə yaxın satışda olmağını tələb edir. Ancaq burada da həmin ölkə ilə, Azərbaycan qanunvericiliyi arasında fərq yaranır. Belə ki, məsələn, qida əlavəsinin tərkibindəki C vitamini bizim qanunvericiliyə əsasən, 900 milliqram olmalıdırsa, sözügedən ölkədə 1100 milliqram tələbi var. Belə olduğu halda bizim ölkə üçün gətirməli olduğumuz məhsul, həmin ölkədə satışda ola bilməz”.

“BioMedical” MMC-nin nümayəndəsi Orxan İslamov isə AQTA-nın laboratoriyasının onlara çətinlik yaratdığını bildirir: “AQTA ancaq öz laboratoriyasının nəticəsini qəbul edir. Biz onlara bildiririk ki, bizə alternativ laborator müayinə təyin edin. Ancaq bu halla razılaşmırlar. Biz onların analiz nəticələrini məhsulu istehsal edən zavoda göndəririk və onlar bu nəticələrlə razılaşmır. Zavoddan bildirirlər ki, gəlib sözügedən laboratoriyanın avadanlıqları ilə tanış olub, işləmə mexanizmini öyrənək. Ancaq zavod buna da icazə vermir”.

İş adamları Qoşqar Təhməzlidən şikayətçidilər
İş adamları Qoşqar Təhməzlidən şikayətçidilər

Daha sonra qurumun ictiamiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mansur Piriyev sahibkarları AQTA rəhbərliyi ilə görüşə dəvət edib. Ancaq sahibkarların tələblərinə rəğmən mətbuatın görüşdə iştirakının qadağan olduğunu bildirib. Onun bu addımı sahibkarlar tərəfindən narazılıqla qarşılansa da, qərar dəyişməyib.

Mansur Piriyev saytımıza açıqlama verərək, yeni qərarın bioloji aktivliyə malik qida əlavələrinin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətləndiyini bildirib.

Sahibkarlar görüşdən çıxdıqdan sonra, görüşün konstruktiv olmadığını bildiriblər. İş adamları bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və I Vitse Prezident Mehriban Əliyevaya da müraciət etdiklərini və tezliklə bu məsələnin həll ediləcəyinə ümid bəslədiyini deyiblər.

Qeyd edək ki, bu AQTA ilə sahibkarlar arasında yaranan ilk belə narazılıq deyil. Bundan əvəvl də quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlar arasında da analoji anlaşmazlıq yaranıb.