Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycanla sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu o, parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsinin prinsiplərinə uyğun olaraq sərhədin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır.