Kadidən ŞOK AÇIQLAMA! – “Qarabağ”a yox, “Ferentsvaroş”a niyə gedib?backend

Kadidən ŞOK AÇIQLAMA! – “Qarabağ”a yox, “Ferentsvaroş”a niyə gedib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ferentsvaroş”la müqavilə bağlayan Kadi Borges klubun rəsmi saytına açıqlama verib.

NOCOMMENT.az Sportinfo.az-a istinadən xəbər verir ki,“Qarabağ”ın sabiq vingeri müqaviləyə qol çəkməmiş Ovusu Kvabenanın fikrini soruşub.

2023-cü ildən “Ferentsvaroş”un formasını geyinən qanalı hücumçu vaxtilə Ağdam klubunda çıyin-çiyinə çıxış etdiyi braziliyalı yarımmüdafiəçiyə Macarıstan təmsilçisini tərifləyib:

“Ferentsvaroş”u seçdim. Çünki bir neçə il əvvəl “Qarabağ”la bura səfər edərkən bizi qarşılayan mühit çox yaxşı idi.

O vaxt həm şəhəri, həm də klubu çox bəyənmişdim. Yaxınlarda “Ferentsvaroş” mənimlə və agentimlə əlaqə saxladı.

Fürsəti əldən vermədim və təklifi qəbul etdim. Komanda, azarkeşlər və şəhər haqda çox yaxşı məlumatım var idi.

Yenə də Ovusu Kvabenanın fikirlərini öyrəndim. O, kimdi? “Qarabağ”dan tanışım.

Onunla əvvəllər oynamışam və “Ferentsvaroş” haqda başqasından soruşa bilməzdim.

Ovusu hər şeyin əla olduğunu, mütləq bura gəlməyimi istədi. Əla seçim olduğunu dedi”.