Cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs sayılır.
Göstərilən amillər nəzərə alınmaqla və yoxlanışda müəyyənləşdirilməklə, şəxslərə əlillik təyin olunur.
Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir.
Bütün yaş qrupları üzrə şəxsə əlillik dərəcəyi təyin edilə bilər.
Bunun üçün əlilliyi olan şəxs qeydiyyatı üzrə poliknlikaya yaxınlaşmalı və uyğun olan sənədləri almalıdır.
Maraqlıdır, 18 yaşdan kiçik olan şəxslərə əlillik müddətsiz verilirmi?
NOCOMMENT.az xəbər verir ki, “Cebhe.info”nun sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, bütün yaş qruplarında proses eynidir:
“Müddətsiz verilən əlillik geri dönüşü olmayan xəstəliklər üçün təyin edilir. Ayağın amputasiyası, gözün amputasiyası kimi hallarda müddətsiz əlillik verilir. Geridə qalan müalicəsi olan xəstəliklərin hamısına isə müddətli əlillik verilir. Bu isə bütün yaş qruplarında eyni cür tənzimlənir”.