Almaniyanın “Audi” şirkəti iyulun 16-da təqdim olunacaq yeni nəsil A5 modelinin şəklini nümayiş etdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Audi şirkətinin baş direktoru Gernot Döllner bildirib.
“Yeni Audi A5 ailəsi dünya premyerasını iyulun 16-da qeyd edəcək. O, həmçinin qismən elektrikləşdirmə sayəsində daha səmərəli olacaq daxili yanma mühərriklərinin yeni nəslini debüt edəcək”, – deyə o vurğulayıb.
Şəkilə əsasən, avtomobil LED işıqları və yük qapısında böyük bamper və spoyler əldə edəcək. Model haqqında bütün məlumatlar modelin premyerası zamanı ictimaiyyətə açıqlanacaq.